Yollar buz bağlayacaq
![](https://img.redaktor.az/news/2024/01/photo_228560.jpg)
Milli Hidrometeorologiya Xidməti yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən Redaktor.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də bəzi ərazilərdə gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yanvarın 14-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var.