Vilayət Eyvazovun vətəndaş qəbulunun vaxtı dəyişdirildi

 10:59 15.01.2024     322

Daxili işlər naziri Vilayət Eyvazovun Gədəbəydə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari il yanvar ayının 17-də Gədəbəy Rayon Polis Şöbəsində keçirilməsi nəzərdə tutulan Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu tarixi yanvar ayının 25-nə dəyişdirilib.

2