Prezidentdən Ramiz Əskərovla bağlı SƏRƏNCAM

 17:04 15.01.2024     1002

Prezident İlham Əliyev yazıçı, jurnalist Ramiz Əskərovla bağlı Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, yanvarın 10-da R. Əskərovun 70 yaşı tamam olub. O, 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.