9 vəkilin fəaliyyəti müvəqqəti dayandırıldı

 10:56 17.01.2024     224

Ötən il Vəkillərin İntizam Komissiyasının 22 iclası keçirilib, 217 qərar çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu haqda Kollegiyanın illik hesabatında bildirilib.

Hesabatda deyilir ki, müvafiq rəylər əsasında 9 nəfərin vəkillik fəaliyyəti müəyyən müddətə dayandırılıb.

8 iş üzrə isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilməsi qərara alınıb.