“Bir neçə versiya var” - Partlayışla bağlı açıqlama

 11:43 20.01.2024     265

“Binəqədidə mebel sexində baş verən partlayışla bağlı zəruri istintaq hərəkətləri davam edir”.

Redaktor.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş prokurorun sözlərinə görə, hadisə zamanı xəsarət alan şəxslərin müalicəsi davam edir. Eyni zamanda ekspertizalar təyin edilib, dəlil və sübutlar toplanıb.

K.Əliyev qeyd edib ki, partlayışla bağlı bir neçə versiya var, həmin versiyalar araşdırılır: “Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilib, məsuliyyətə cəlb edilməsi təmin ediləcək”.

Xatırladaq ki, hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb, 9 nəfər isə həlak olub.