"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

 20:16 20.01.2024     280

22 və 23 yanvar tarixlərində saat 11:00-dan 12:00-dək Şamaxı rayonunda və Şəki şəhərində “Açıq mikrofon” aksiyası keçiriləcək.

Redaktor.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Şamaxı rayonu, Sabir qəsəbəsində (orta məktəbin qarşısı), 2-ci günü Şəki şəhəri, Almas İldırım küçəsində (bina 2-nin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən