SOCAR-ın "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

 13:47 21.01.2024     184

Növbəti həftə (22-25 yanvar tarixləri) 4 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

Redaktor.az xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Tovuz rayonunun Aşağı Quşçu kəndində (Klubun qarşısı), 2-ci günü saat 11:00-dan 12:00-dək Qazax rayonunda (Ərik bağı yaşayış massivi, N.Tusi küçəsinin sonu), 3-cü günü saat 15:00-dan 16:00-dək Gədəbəy rayonunun Dəyirmandağ kəndində (İcra nümayəndəliyinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək isə Şəmkir rayonunun Atabəy kəndində (Cənnət şadlıq sarayının qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.