Teymur Musayev onu direktor təyin etdi

 11:41 22.01.2024     195

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Mətanət Tələt qızı Əfəndiyeva Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsinə təyin olunub.