Gəncədə 10 aylıq körpənin ölüm səbəbi - RƏSMİ

 12:16 22.01.2024     312

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə 10 aylıq körpə qızın xəstəxanada ölməsi barədə açıqlama verib.

TƏBİB-dən Redaktor.az-a bildirilib ki, 2023-cü il təvəllüdlü körpə 21.01.2024-cü il tarixində saat 2:29-da ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya gətirilib:

“Tibb müəssisəsinin Uşaq İntensiv Terapiya Bölməsinə yerləşdirilən körpəyə dəqiqləşdirilməmiş bağırsaq infeksiyası və sancı diaqnozu qoyulub. Həkimlərin bütün səylərinə baxmayaraq, saat 15:30-da vəfat edib”.

Qeyd edək ki, 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilibmiş.

Faktla bağlı araşdırma aparılır.