Kəmaləddin Heydərov bu şəhərdə qəbul keçirəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən yanvarın 26-da Hacıqabul şəhərində, Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 25 yanvar 2024-cü il tarixdə Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]