Sabah hava necə olacaq?

 12:53 25.01.2024     442

Yanvarın 26-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabah Bakıda və Abşeron yarımadasında da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.