Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək

 13:49 26.01.2024     251

Keçən il ərzində Cəbrayıl, Zəngilan və Qubadlıda Prezident İlham Əliyevin iştirakı ilə 9 kənd, 1 qəsəbə, 3 şəhər mərkəzində müxtəlif yaşayış məhəllələri, məktəb, xəstəxana kimi təməlatmalar həyata keçirilib. Bu yaşayış kompleksləri insanların qayıdışlarına töhfə olacaq.

Redaktor.az-ın xəbərinə görə, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Qarabağ və Şəri Zəngəzur yaşıl enerji zonasıdır, artıq işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması əsas prioritetdir:

"Bu istiqamətdə böyük işlər aparılır. Cəbrayılda günəş elektrik stansiyaları tikiləcək".