Erməni jurnalistdən SENSASİYALI AÇIQLAMA: “Haylar Bakıda saxlanılan separatçılara ölüm arzulayır”

 10:03 01.02.2024     238

“Qarabağdan Ermənistana könüllü köçən ermənilər Bakıda saxlanılan separatçılara ölüm arzulayır.”

Redaktor.az xəbər verir ki, bu sözləri erməni jurnalist Leo Nikolyan Azərbaycan Dövlət Televiziyasında (AzTV) canlı yayımlanan “Əsas məsələ” verilişində bildirib.

O qeyd edib ki, Ermənistana köçən ermənilər son hadisələrə görə, siyasətçiləri, Arayik Harutyunyanı, Ruben Vardanyanı və  Arkadi Qukasyanı ittiham edirlər: “Mənim suallarıma cavab verən Qarabağdan köçən ermənilər bildirdilər ki, onlara görə həyatları məhv olub”.

Videoda bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: