Sabir Rüstəmxanlı sərt danışdı: "Narkotikdən qorxuruq, amma ondan daha təhlükəlisi qidalardır"

 13:15 01.02.2024     612

"Qida məsələləri ilə bağlı ciddi təhlükələr var".

Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, narkotikdən qorxuruq, amma ondan daha təhlükəlisi qidalardır:

“Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır. “Coco-Cola”, “Fanta”-lar… Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimi, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızda su çıxır, gedirik, mağazaya Fransadan belə su gəlir, amma bizim sular yoxdur”, - deyə S.Rüstəmxanlı bildirib.