"Bələdiyyə sədrinin seçici tərəfindən seçilməsi daha yaxşıdır" - Vahid Əhmədovdan həmkarına DƏSTƏK

 17:09 01.02.2024     304

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışı zamanı təklif edib ki, bələdiyyə sədrləri seçicilər tərəfindən seçilsin.

Təkliflə bağlı fikirlərini Redaktor.az-la bölüşən Milli Məclisin deputatı Vahid Əhmədov həmkarıyla həmfikir olduğunu bildirdi.

"Bələdiyyə seçkiləri əslində çox böyük əhəmiyyət kəsb etmir. Amma yaxın gələcəkdə bələdiyyələrin statusu ilə bağlı böyük irəliləyiş əldə olunmalıdır. Bələdiyyə sədrinin üzvlər arasından seçilməsindənsə, seçici tərəfindən seçilməsi daha yaxşıdır. Yəni, Siyavuş Novruzov bu təklifində tamamilə haqlıdır. Təklif olunan variant, doğru variantdır. Yəni hər kəs öz istədiyi adamı seçib, onun ətrafında birləşib, onunla birgə işləməlidir", - deyə millət vəkili yekunlaşdırdı.

Humay İSGƏNDƏRLİ