Cəlilabadda son iki ay ərzində 2 222 azyaşlıya qızılcaya qarşı peyvənd vurulub

 20:01 01.02.2024     181

Cəlilabad rayonunda noyabr ayından bugünədək 446 nəfər qızılcaya yoluxub.

Redaktor.az "report"a istinadən xəbər verir ki, onlardan 18 yaşdan kiçiklər 290 nəfər, 18 yaşdan böyüklər isə 156 nəfər təşkil edir.

Hazlrda aktiv xəstə sayı 48 nəfərdir. Xəstələrdən 5-i stasionar şəraitdə müalicə olunur.

Rayon üzrə son iki ayda QPM peyvəndi vurulan uşaqların sayı 2 222 nəfərdir. Ötən gün QPM peyvəndi 22 azyaşlıya vurulub.

Qeyd edək ki, yanvarın 31-də 5 nəfər bu virusa yoluxub.