"KATV 1" kabel televiziyası niyə belə edir?
"KATV 1" kabel televiziyası istifadəçilərindən biri redaksiyamıza öz şikayətini ünvanlayıb.
İstifadəçi bildirir ki, yanvar ayının əvvəlində ödəniş etmədiyi üçün, kabel televizyası yayımı dayandırıb. Bu gün isə "KATV 1" kabel televiziyasının ofisinə yaxınlaşaraq, fevral ayından başlayaraq 6 aylıq ödənişi həyata keçirmək istəyib. Amma bildirilib ki, yanvar ayının borcu var, o da ödənilməlidir. İstifadəçi səbəbi soruşduqda isə, prosesin bu cür olduğu bildirilib. İstifadəçisi isə şikayət edir ki, nə üçün istifadə etmədiyim ayın ödənişi həyata keçirməliyəm?
Redaktor.az məsələ ilə bağlı "KATV 1" kabel televisyası ilə əlaqə saxladı.
Dəstəyi götürən əməkdaş bildirdi ki, bu barədə müştərilərə məlumat verilir:
"Bununla əlaqədar müqavilə bağlanır, müqaviləyə əsasən məlumat verilir. İstifadə etmədiyi haqqında məlumatı şirkətə təqdim etməlidir ki, şirkət söndürə bilsin. Bizim məlumatımız yoxdur ki, həmin şəxs kabel televizyasından istifadə edir yoxsa, yox. Biz həmin ünvana şəbəkəni ötürürük, ona görə də borc yazır. Bu sadaladıqlarım müqavilənin bəndlərində qeyd olunub. Mümkün deyil ki, müştəriyə bu haqda məlumat verilməsin, müştərinin müəyyən diqqətsizliyi ola bilər, amma şirkət müqvilədə ətraflı məlumat qeyd edib".
Humay İSGƏNDƏRLİ