Bu gün geomaqnit qasırğası olacaq

 10:10 05.02.2024     487

Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bu barədə Redaktor.az-a Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.

Fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.