7 fevral tarixi 44 günlük qələbəmizin pik nöqtəsi olacaq
Azərbaycan ərazi bötövlüyünün, suverenlyinin tam bərpasından və tarixi, şanlı qələbəsini təmin etdikdən sonra ölkəmizdə keçiriləcək prezident seçkisinin xüsusi əhəmiyyəti həm də dünyaya xalqımızın bir mesajı olaraq yayımlanacaq. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıq Azərbaycanın artıq bütün müstəvilərdə nəinki Qafqazda, Xəzər hövzəsi regionunda, Avropada, həmçinin bütövlükdə dünyanın maraq dairəsində 7 fevral seçkiləri ilə bir daha zəmində tarix yazmasını təmin edəcəkdir.
Bu gün bəzi Avropa ölkələrinin ölkəmiz əleyhinə apardıqları qarayaxma məqsədli “siyasi” manipuliyasiyaları bizə tanışdır və illərdir bu ədalətsiz qərarların şahidi olmuş, bu fəaliyyətlərə qarşı ikitərəfli və çoxtərəfli müstəvidə mübarizə aparmışıq. Həqiqətdir ki, xalqımız Qarabağ kimi etnik münaqişə ocağının tələsinə salınmaqla, tarixən bu kimi haqsız, ədalətsiz qərarların dəfələrlə qurbanına çevrilmişdir. Lakin 44 günlük Zəfər tariximiz və ondan sonrakı hərbi-siyasi, diplomatik siyasətimiz artıq Azərbaycanın dünya çapında diqtə ediləcək bir gücə sahib olduğumuzu sübut etdi.
Son 30 ildə, beynəlxalq münasibətlərin bütün sferalarını tənzimləyəcək hüquq normalarının qəbul olunması fonunda torpaqlarımızı işğal edən, separat niyyətlərini gizlətməyən, şəhər və kəndlərimizi viran qoyaraq yağmalayan erməni toplumuna tendensiyalı münasibət sərgiləyən, əsasən avropasentrist çərçivədən çağdaş dövrün demokratiya, insan haqları “dərsini aşılayan”, bu dəyərlərin guya etalonunu müəyyən etmiş avropalılar qarşılıqlı münasibətlərdə davranış formullarını dəyişməyə məhkumdur.
2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbay-canın tarixi qələbəsi ilə başa çatması, Vətən müharibəsi zamanı, eləcə də ondan sonrakı dövdə Xankəmizdə ikiyüz ildən çox üzü bəri kök salmış separatizmin kökünün kəsilməsi Azərbaycanın müstəqil siyasətinin, demokratik dəyərlərinin, suverenliyinin, praqmatik diplomatiyasının təzahürüdür və məncə, dünyada artıq bununla razılaşmalıdırlar.
7 fevral Prezident seçkisi Azərbaycanın yeni inkişaf strategiyasını, demokratik özülünü bir daha möhkəm süxurlara dayayayacaq. Düşünürəm ki, xalqımız 7 fevralda şəhidlərimiz, qazilərimiz, əsgərilərimizlə bərabər tarixi qələbəmizin təminatçısının kim olduğunu bir daha nümayiş etdirməklə, cəmiyyətimizin monolitliyini göstərəcək, həm də Azərbaycanın cənnət güşəsi Qarabağdan, Zəngəzurdan, Göyçədən gələcək səsimizə səs verərərək beynəlxalq ictimaiyyətə layiqli bir mesaj veriləcəkdir.
Şəfayət Avılbəyli