Bu hüquqi şəxslər üçün tələblər sərtləşdirildi - QƏRAR

 13:27 06.02.2024     295

“Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, hüquqi şəxslərin nəzarət-kassa aparatı (NKA) operatoru olması üçün tələblər sərtləşdirilib.

Belə ki, aparata xidmət göstərmək istəyən şirkətin azı 12 nəfər əməkdaşı, Bakıda və digər regionlarda zəruri avadanlıqlarla təchiz edilmiş azı 6 filial və yaxud məntəqəsi olmalıdır. Əvvəl hər iki halda tələb 1 vahid idi.

Bundan başqa, operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin tələblərə uyğunluğunun yoxlanması müddəti 2 gündən 5 günə çatdırılıb.

Şirkətin təqdim etdiyi modelinin nümunəsinin texniki sınağı 60 gün ərzində, sertifikatlaşdırılması isə 30 gündən gec olmayaraq təqdim həyata keçiriləcək.