"Azəriqaz" Sabirabadda "Açıq mikrofon" qurdu - FOTO

 18:49 06.02.2024     308

SOCAR-ın “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib.

Redaktor.az xəbər verir ki, Qaraağac kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda cəmi 6 sakin qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb. İlqar Bağırov, Nurlan Zalov və Gülzaman Xudiyeva fərdi yaşayış evlərinin qazlaşdırılmasında tələb edilən mülkiyyət sənədinin olmamasını bildiriblər. Digər müraciətlər isə debitor borcun hissə-hissə ödənilməsinə köməkliyin göstərilməsi ilə yanaşı, sayğaca müdaxilə halının araşdırılması ilə bağlı olub.

Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan müraciətlərin qeydiyyatını aparıblar.

22