Bakıda İlham Əliyevə dəstək yürüşü keçirilir - VİDEO

 20:25 07.02.2024     404

Növbədənkənar prezident seçkilərindən sonra Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə yürüş keçirilir.

Redaktor.az xəbər verir ki, yürüşdə minlərlə vətəndaş iştirak edir.

Tədbirə qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Azərbaycanın Xalq və Əməkdar artistləri qatılıblar.

Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edir.

Bakıda eyni zamanda avtoyürüş keçirilir.

22222