Şuşada atəşfəşanlıq təşkil edildi - FOTO

 21:24 07.02.2024     693

Otuz ildən sonra ilk dəfə Qarabağda prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin inamlı qələbəsi münasibətilə Şuşa şəhərində avtomobillərin yürüşü və atəşfəşanlıq olub. Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.

Redaktor.az xəbər verir ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları exit-polların nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.

22222
Vumart və Güvən reklamı Vumart Güvən