Qüdrət Həsənquliyev İlham Əliyevə zəng etdi

 13:42 08.02.2024     335

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, növbədənkənar prezident seçkilərində namizəd olmuş Qüdrət Həsənquliyev Prezident İlham Əliyevə zəng edib.

Bu barədə Redaktor.az-a BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Qüdrət Həsənquliyev İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.