Sabunçuda təndirxana yanıb

 13:43 09.02.2024     540

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan təndirxananın yanar konstruksiyaları yanıb.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.