Bu marşrutlarda da ödəniş “BakıKart”la olacaq

 18:00 09.02.2024     433

Daha 2 marşrut avtobusunda nağdsız ödəniş tətbiq ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən (AYNA) məlumat yayılıb.

Bildirilib ki, fevralın 10-dan Zığ qəsəbəsi - “Neftçilər” metrostansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini “8-ci kilometr bazarı” ilə əlaqələndirən 214 nömərli şəhərətrafı müntəzəm marşrutları nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.