"Həcc yolu" getdikcə yalnız "varlıların yoluna" çevrilməkdədir - AÇIQLAMA
"Bu il 1 nəfərlik Həcc ziyarətinin qiyməti 10 min manat müəyyənləşib. Fəlakət...".
Redaktor.az xəbər verir ki, bunu özünün feysbuk hesabında politoloq "Bakı xəbər" qəzetinin sahibi Aydın Quliyev yazıb.
"Əvvala, böyük "Həcc yolu" getdikcə yalnız "varlıların yoluna" çevrilməkdədir. Hər ötən il nə zamansa Həcc ziyarətinə getmək arzusunu içində boğmağa məhkum edilən imkansız imankeşlərin vəbalını kimin boynuna yükləyəcəyik?
İkinci, hər bir Azərbaycan vətəndaşının bu yola tökdüyü 10 min manat vəsait bu xalqın, bu toplumun, bu dövlətin sərvəti deyilmi? Bizim sərvətimiz niyə çöllərə səpələnməlidir?", - deyə o sual edib.
Qeyd edək ki, bu gündən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib.
Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
T.İSMAYIL