"Azəriqaz"ın sahibkarlarla növbəti görüşü Masallıda keçiriləcək
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Bu barədə Redaktor.az-a "Azəriqaz"dan bildirilib.
Qeyd olunub ki, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüşü təşkil olunacaq.
Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 14-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək