Atmosferdə tozun artması müşahidə olunur

 17:50 12.02.2024     219

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Redaktor.az-ın xəbərinə görə, Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.5 dəfə normadan artıqdır:

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq lokal, eyni zamanda transsərhəd xarakter daşıyır. Tozlu hava şəraitinin 2 gün ərzində davam edəcəyi gözlənilir”.