İmişliyə yeni polis rəisi təyin edildi

 21:36 12.02.2024     241

İmişliyə yeni polis rəisi təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Saatlı rayon Polis Şöbəsinin rəisi, polkovnik Azər Tağıyev tutduğu vəzifədən azad edilərək, İmişli rayon Polis Şöbəsinin rəisi təyin edilib.

İmişli rayon Polis Şöbəsinin keçmiş rəisi polkovnik Füzuli Şıxəliyev xidmətdə son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. (APA)