"Kommunal xidmət təklif edən qurumlar daha aşağı qiymətə təklif etməlidir" - Deputat

 11:03 16.02.2024     1026

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu texniki şərtləri asanlaşdıracaq”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.

“İkinci məsələ qoşulma xərcləridir. Qoşulma xərcləri, xüsusilə biznes üçün əlavə xərclər yaradır. Kommunal xidmət təklif edən qurumlar daha aşağı qiymətə təklif etməlidir. Çünki xidmət satır və biznes tərəfindən ödəniş edilir”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ