Bu hakimlərə cinayət işi başlanılmalıdır - Deputatdan TƏKLİF

 11:58 16.02.2024     325

"Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət acınaqlıdır".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

Dediyinə görə, bununla bağlı çox sayda vətəndaş narazılığı var.

“Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda guya işlərinin çox olduğu və çatdıra bilmədikləri cavabını verirlər. Lakin həqiqətdə belə deyil. Bu sahədə ciddi nizam-intizam olmalıdır, nəzarət bərpa olunmalıdır. Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdırlar. Eyni zamanda həmin qərarların icrasını görməyən hakimlər barədə cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”, - deyə Həsənquliyev vurğulayıb.

Humay İSGƏNDƏRLİ