Güney Azərbaycanda daha 2 fəal həbs edildi
Aydın (Süleyman) Məhəmmədi və Kərəm adlı iki güneyli milli fəal Ərdəbil şəhərində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Tehranın bədnam Evin həbsxanasına aparılıb.
Redaktor.az bu barədə "Azad İran" teleqram kanalına istinadən xəbər verir.
Məlumata görə, fevralın 5-də gecə saatlarında təhlükəsizlik qüvvələri Aydın Məhəmmədinin iş yerinə basqın edərək onu həbs ediblər.
Bildirilir ki, soyadı bilinməyən Kərəm adlı güneyli fəal isə fevralın 6-da tutulub və Evin zindanında yerləşən ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasına aparılıb.
T.İSMAYIL