Fikrət Məmmədov yeni hökumətdə yer almadı - yeni təyinat
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.
Redaktor.az-ın məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədov yeni tərkibdə yer almayıb.
Dövlət başçısının digər Sərəncamı ilə ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.