Bahar Muradovadan təsirli paylaşım - FOTO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova işğaldan azad olunmuş doğma yurdunda olub.
Redaktor.az komitə sədrinin feysbukdakı təsirli paylaşımını təqdim edir:
"Füzulidə qalmış uşaqlıq xatirələrimin ardınca gəlmişdim...
Göz yaddaşımda saxladıqlarımdan əsər-əlamət qalmamışdı.
Nə qədər ətrafa boylansam da, hər kola daşa,qurumuş və heç bir həyat əlaməti olmayan ağaclara diqqət etsəm də tanış heç nə görmədim.
Bircə ayaqlarımın altında lap uşaqlığımda olduğu kimi hiss etdiyim, qara çay daşı döşənmiş cığırdan savayı..
Bəli bu o cığır idi.Hissiyatım məni aldatmırdı. Cırıldayaraq açılan küçə darvazasından başlayaraq düz aşağıya, indi tanınmalısı qalmayan evimizədək uzanan 25-30 metrlik cığır.
Nə hisslər keçirdiyimi xatırlamıram...
Bircə yalın ayaqlarımın yaddaşında bu kələ-kötür daşlarla təmasdan qalan ağrıdan savayı..."