Havada toz müşahidə olunur

 09:44 19.02.2024     200

Bu gün Bakıda Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Redaktor.az-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

Onun sözlərinə görə, havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır:

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.