Ramazan ayı bu tarixdə BAŞLAYACAQ

 15:02 20.02.2024     670

Ramazan ayının ilk günü mart ayının 11-i başlayır.

Redaktor.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.

"Qafqaz Müsəlmanları İdarəsindən Rəsadxanaya verilmiş sorğu əsasında deyə bilərik ki, bizdə olan təqvimə görə, mart ayının 11-i Ramazan ayının ilk günüdür. Aprel ayının 10-u isə bayram gözlənilir", - QMİ bildirib.

Qeyd edək ki, Türkiyə Dəyanət İşləri Nazirliyi də 11 martın Ramazanın ilk günü olduğunu elan edib.