"Prezidentimdən kömək istəyirəm" - Gülay Zeynallı

 10:26 21.02.2024     339

Xəbər verdiyimiz kimi, tanınmış idmançı, karantin günlərində aztəminatlı ailələrə yardımların təşkili və paylanması ilə məşhur olan Kamil Zeynallı Rusiyada həbs olunub.

Redaktor.az xəbər verir ki, idmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı hadisəyə münasibət bildirib.

O, ölkə başçısından kömək istəyib: “Bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın”, - G.Zeynallı qeyd edib.

Xatırladaq ki, Kamil Zeynallı yaydığı videomüraciətdə "Domodedovo” hava limanında saxlanıldığını deyib.

Məlumata görə, onun saxlanılma səbəbi ermənilərin beynəxalq axtarışa verməsidir. Kamil video müraicətlə dövlət qurumlarından yardım istəyib. O, bu gün hakim qarşısına çıxarılacaq.