"Yaxın aylarda Füzulidə 846 ailə məskunlaşacaq" - Prezidentin nümayəndəsi
Yaxın 2 ay ərzində Füzuli şəhərinə köçən ailələrin sayı 846-a çatacaq.
Redaktor.az report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Qarabağ bölgəsində su və irriqasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
“Şəhərdə artıq 527 ailə məskunlaşıb. Bu, 2 000 nəfərə yaxın insan deməkdir. Hazırda köç prosesi davam edir”, -deyə o əlavə edib.