“TikTok” bağlanılmalıdır! - Jurnalist təşkilatı məhkəməyə üz tutdu

 12:33 22.02.2024     231

“Nəcib Jurnalistlər” İctimai Birliyi, son vaxtlar “TikTok” sosial şəbəkəsində baş verən xoşagəlməz hallarla bağlı açıqlama yayıb.

Redaktor.az-ın məlumatına görə, qurumun rəhbəri Mətləb Salahov bildirib ki, “TikTok” sosial şəbəkəsi Azərbaycan cəmiyyəti üçün ən təhlükəli sosial platformaya çevrilib.

Qurum rəhbəri bəyan edib ki, yeniyetmə və gənclərə əxlaq və mənəvi pozğunluğu təbliğ edən bu sosial şəbəkə, getdikcə əcaib xarakter alır:

“Son günlər məktəblilərin “trend” adı altında Azərbaycan xalqının mənəvi və ailə dəyərlərinə zidd olan, zorakılığı, skinxet faşist təfəkkürünü təbliğ edən çəkilişlər aparmaları gələcəyimiz üçün ciddi xəbərdarlıq siqnalıdır. Cinsi azlıqların, əxlaq pozğunu olanların ailə dəyərlərimizi məhv edən hərəkətləri artıq dözülməz həddədir. Biz ictimai qurum olaraq bu sosial platformanın bağlanması üçün məhkəməyə müraciət edəcəyik”- M.Salahov bildirib.

Redaktor.az