AAYDA-nın bir qrup əməkdaşı mükafatlandırıldı - FOTO

 16:17 22.02.2024     371

22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əmədaşlarının mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdən öncə Agentliyin kollektivi ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Agentliyin akt zalında keçirilən tədbiri giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.

İdarə Heyətinin sədri Saleh Məmmədov Agentliyin kollektivini 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə təbrik edərək, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzu edib. 

Saleh Məmmədov Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolundan bəhs edib, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verildiyini bildirib.

Tədbirin sonunda Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov və agentliyin bir qrup əməkdaşına fəxri diplomlar təqdim olunub. 

Bununla yanaşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini Əvəz Qocayev tərəfindən 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı ilə əlaqədar avtomobil yolları infrastrukturunun inkişafındakı xidmətlərinə görə agentliyin bəzi əməkdaşları fəxri fərmanla təltif edilib.

22