""Qarabağ"ın qələbəsi 8 noyabr zəfərinin davamı oldu" - Zahid Oruc

 10:25 23.02.2024     409

"Qarabağ"ı övladımla bərabər canlı izlədim. 32 mindən artıq insanın bir-birini ən yüksək ruhda bağrına basması qürurverici idi. 8 noyabr zəfərinin davamı oldu - fərq etməz, yaşıl meydan, yoxsa səngər: döyüş döyüşdür".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Zahid Oruc "Qarabağ" komandasının Avropa Liqasındakı qələbəsindən danışarkən qeyd edib.

Deputat daha sonra əlavə edib:

"Qurban Qurbanov ilk dəfə idi ki, ona yaraşan soyuqqanlılığını yüksək emosiyaları ilə ifadə etdi. Təki, hər zaman belə olsun. Qələbə 100 ilimiz başlandı: Ali Baş Komandan bütün meydanlardakı savaşların lideridir. Havanın soyuqluğunu unutduran qələbənin hərarəti nə gözəl olurmuş.

Azərbaycana tarixi qələbə qazandıran "Qarabağ" klubuna, şəxsən Qurban Qurbanova təşəkkürlər!
Bütün Avropaya səs salan bir qalibiyyətə imza atdılar.

Bizə qələbə yaraşır!"

Sultan Ayxan