Milli Məclis keçmiş nazirin hakim təyin edilməsinə razılıq verdi

 11:40 23.02.2024     365

Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi Milli Məclisdə səsverməyə çıxarılıb. 

Redaktor.az xəbər verir ki, onun təyinata namizədliyi Milli Məclisin spikeri Sahibə Qafarova tərəfindən təqdim edilib. 

Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev deyib ki, konstitusiya hakiminin yaş həddi 70 yaşdır, Fikrət müəllimin isə hələ 70 yaşa 1 il 4 ayı var:

“Azərbaycanda kifayət qədər hazırlıqlı, karyerada yüksəliş gözləyən hüquqşünaslar var. Onları bu vəzifələrə təyin etymək olar. Əgər bu mümkün deyilsə, hesab edirəm ki, qanunu dəyişmək lazımdır. Həmçinin hakim yaşı məsələsinə də baxılmalıdır. Qanunları mövcud reallıqlara uyğunlaşdırmalıyıq”.

Sonra Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə Milli Məclisdə razılıq verilib.

Qeyd edək ki, F.Məmmədov keçmiş ədliyyə naziridir.

Humay İSGƏNDƏRLİ