Deputatdan Qurban Qurbanovla bağlı maraqlı TƏKLİF
“Bələdiyyələrin fəaliyyətiylə bağlı məruzəni normal qəbul edirəm”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Millət vəkili qeyd edib ki, bu məruzə bələdiyyələrin inkişafında hansısa nəticəni ortaya qoymur:
“Bələdiyyələr yalnız vətəndaşın şikayətini dinləyib, yola salmaq səlhiyyətinə malikdir. Hədsiz mərkəzləşmə bələdiyyənin funksiyasını çətinləşdirir. Bələdiyyələri canlı orqanizmə çevirməliyik. Bələdiyyənin olmasının xarici ölkələrdə gördüyümüz kimi, çox sayda iş yeri var. Çevik qərar verilir, mərkəzdən qərar gözlənilmir. Təəssüf ki, nə nəqliyyatda, nə tikintidə bələdiyyənin rolunu görmürük. Vacib məsələrdən biri də odur ki, xaricdə bələdiyyələrin idman müəssisələri var, bu da qeyri-populyar idmanı da inkişaf etdirir. Kiçik futbol klubalarını ayaqda tuta bilmirik, “Qarabağ”ı dünyaya çıxara bilirik. Dünənki oyun da möhtəşəm idi. Təklif edirəm ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin”.