"Hələ görməmişəm ki, hansısa bələdiyyə hansısa kəndə su çəkdirsin” - Deputat

 12:31 23.02.2024     1390

“Bələdiyyələrlə bağlı yeni qanunlar hazırlanır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Əhali sayı 3000 nəfərdən az olan bələdiyyələr birləşəcək. Bələdiyyələrin sayı azaldılır, bələdiyyələr birləşdirilir.

İcarəyə götürülmüş torpaqlarla bağlı məsələ də qalmaqdadır. O torpaqların qiymətləndirilməsində çox ciddi problemlər var. Kifayət qədər icarə müqavilələrində debitor borclar yaranır. Bələdiyyələrin yalnız torpaqla deyil, digər sosial sahələrlə məşğul olmaq səlahiyyəti var, amma mən hələ görməmişəm ki, hansısa bələdiyyə hansısa kəndə su çəkdirsin”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ