Azərbaycanın Xalq artistinin nəşi yandırılacaq - Külü dənizə SƏPİLƏCƏK

 12:45 23.02.2024     1153

Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın xalq artisti Leyla Şərifovanın nəşi yandırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "moderator.az"-a ailənin yaxın dostu Əmirəli Qızıllı deyib:

“Bilirsiniz ki, Leyla xanım bir neçə gündür Almaniyada dünyasını dəyişib. Düsseldorf şəhərində onunla vida mərasimi təşkil olunub. Dünən nəvəsi Əmir ilə danışdım. Nəvəsi mənə dedi ki, “nənəm vəsiyyət edib ki, məni yandırıb, külümü dənizə səpərsiniz”. Nəvəsi dedi ki, bu nənəmin vəsiyyətidir və onun vəsiyyətini yerinə yetirəcəyik. Azərbaycanda buna reaksiyaların necə olacağını isə artıq bilmirəm” deyə o bildirib.

Qeyd edək ki, sənətkarın atası izmirli, anası isə azərbaycanlı olub. Leyla Şərifova Bakıda doğulub və bakılı olmasını hər zaman müsahibələrində bildirib.