"Ölkədə cərimələrin bu qədər yüksək olması doğru deyil” - Deputatdan ETİRAZ

 12:53 23.02.2024     324

"Minimum əməkhaqqının 345 manat olduğu ölkədə, cərimənin bu qədər çox artırılması doğru deyil".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

Millət vəkili qeyd edib ki, inzibati tənbeh və cəzalandırmaq fərqli anlayışlarıdır:

"İnzibati tənbehdə məqsəd tərbiyələndirmə, cəzanın məqsədi isə cinayət törədən həmin şəxs üçün məhrumiyyətlərin yaradılmasıdır. Azərbaycanda minimum əməkhaqqının miqdarı 345 manatdır. Bu ölkədə cəza üçün cərimənin məbləği birdən-birə 40 manatdan 150 və ya 200 manata qaldırılırsa, burada tərbiyədən söhbət getmir. Bu ailə üçün çətinlik yaradır, məhrumiyyətlərə səbəb olur. Bir adam inzibati hüquqpozma törədir. O şəxsə cərimə tətbiq edilir ki, qaydanı pozub və cərimə olunsun. Ona görə də cərimələrin bu qədər yüksək olması doğru deyil”.

Humay İSGƏNDƏRLİ