Deputat cərimələrin artırılmasını TƏKLİF ETDİ

 13:23 23.02.2024     321

"Təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılmasını təklif edirəm".

Redaktor.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, gün ərzində təcili yardıma daxil olan 3000 müraciətin 30 faizi yalan çıxır.

“Nəzərə alınmalıdır ki, bu gün ölkədə infeksion xəstəliklərin sayında artım olan bir vaxta yalan çağırışlar ehtiyacı olan şəxslərin təcili yardımla vaxtında təminatına imkan vermir, vaxt itkisinə səbəb olur. Aidiyyəti qurumlar belə halların qarşısında çarəsiz qalıb. İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə 100 manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”, - deyə M.İbrahimqızı bildirib.

Humay İSGƏNDƏRLİ