Azad olunmuş ərazilərdə yaradılan qaz infrastrukturunun həcmi açıqlandı

 14:36 23.02.2024     226

"SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə bu il 11 256 metr daşıyıcı qaz xətti çəkib".

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

“Söhbət daşıyıcı xətlərdən gedir, hər hansı bir rayonun və ya kəndin qazlaşmasından getmir. Həmin o məntəqələrə qədər 11 256 metr daşıyıcı xətlər çəkilir”, - deyə Eldəniz Vəliyev qeyd edib.

Həmidə İBRAHİMLİ