3 rayona polis rəisi TƏYİN EDİLDİ

 17:17 24.02.2024     538

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Redaktor.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Nərimanov RPİ rəisinin əməliyyat üzrə müavini, polis polkovniki Hikmət Vəliyev vəzifədən azad edilib.

O, Saatlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa Oğuz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub. İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov isə müvafiq əmrlə Göygölün polis rəisi göndərilib.